"Aqrikon" və "AzNest" şirkətləri Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat köçürüb

"Aqrikon" və "AzNest" şirkətləri Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat köçürüb
  • Clock-gray 18:00
  • calendar-gray 30 Sentyabr 2020

İşğal olunmuş ərazilərimizin düşməndən azad edilməsi istiqamətində uğurlu əks-hücum əməliyyatları keçirən Ordumuza sosial layihələri icra edən “Aqrikon” və “AzNest” QSC də öz dəstəyini ifadə edib.

Hər iki şirkət Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 50 min manat vəsait köçürüb.

Şirkətlərin kollektivi təcavüzkar Ermənistan ordusuna sarsıdıcı zərbələr endirən, xalqımıza tarixi Qələbə sevincini yaşatmaq əzmində olan Silahlı Qüvvələrimizlə qürur duyduqlarını bildirirlər.

 

 

apa-logo-mini

Digər xəbərlər