"Araz" supermarketlər şəbəkəsi Uşaq Onkologiya Mərkəzinə 61 212 manatlıq tibbi avadanlıq hədiyyə etdi - FOTO

"Araz" supermarketlər şəbəkəsi Uşaq Onkologiya Mərkəzinə 61 212 manatlıq tibbi avadanlıq hədiyyə etdi - FOTO
# 14 fevral 2020 13:49 (UTC +04:00)

"Araz" supermarketlər şəbəkəsi 15 fevral Beynəlxalq Uşaq Xərçəng Xəstəliklər ilə Mübarizə günü münasibətilə xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək məqsədilə "Bir ümid verək" adlı yardım kampaniyası həyata keçirib.

"APA-Economics"ə verilən məlumata görə, xeyriyyə kampaniyasına 6 yanvar tarixində start verilib. Bir ay boyunca davam edən yardım aksiyası nəticəsində toplanan 61 212 AZN məbləğə xərçəng xəstəliyi ilə mübarizə aparan uşaqların müalicəsi üçün lazım olan tibbi avadanlıq alınaraq, Uşaq Onkologiya Mərkəzinə Araz müştəriləri adından hədiyyə edilib. Avadanlıqdan istifadə təmənnasız olaraq həyata keçiriləcək.

Qeyd edək ki, hazırda Uşaq Onkologiya Mərkəsində 1 158 uşaq qeydiyyatdadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR