"Araz" supermarketlər şəbəkəsi işçi qəbulu elan edir ®

"Araz" supermarketlər şəbəkəsi işçi qəbulu elan edir ®
# 30 iyun 2020 14:27 (UTC +04:00)

Azərbaycanın ən iri şəbəkələrindən biri olan “Araz” supermarketlər şəbəkəsi işçi qəbulu elan edir.

APA-Economics”in məlumatına görə, son günlər yaşanan çətin vəziyyətə baxmayaraq, gücləndirilmiş iş rejimində çalışan “Araz” supermarketlər şəbəkəsi kassir, satıcı, fəhlə, paketləyici, qablaşdırıcı, xadimə, aşpaz, dönərçi, təndirçi, şirniyyatçı vəzifələri üzrə vakansiyalar təklif edir. “Araz” ailəsinə üzv olmaq istəyən vətəndaşlar [email protected] mail ünvanına müraciət anketlərini göndərə bilərlər. Həmçinin “Araz” komandasında çalışmaq istəyən vətəndaşlar mövcud vakansiyalarla bağlı aşağıda qeyd edilən ünvanlara yaxınlaşaraq iş üçün müraciət edə bilərlər.

1. Xocalı prospekti 55, AGA Biznes Mərkəzi, 2-ci mərtəbə (“Araz” supermarketlər şəbəkəsinin baş ofisi)

2. Yasamal rayonu, Hüseyn Cavid pr, 17a (“Araz” marketin daxilində ofis)

3. Sumqayıt şəhəri, 9 mkrn., Ü. Hacıbəyov (“Araz” marketin daxilində ofis)

Mövcud əmək qanunvericiliyinə uyğun məzuniyyət günləri, əmək bazarında rəqabətə davamlı əmək haqqı, nahar ilə təmin edilmə, nəqliyyat vasitəsilə iş yerinə çatdırılma, endirimli tibbi xidmət təklif edən “Araz” supermarketlər şəbəkəsi yolunuzu gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR