"Autostar Kaukasus" Bakıda yeni "S-Class" modelini təqdim edib - FOTO

"Autostar Kaukasus" Bakıda yeni "S-Class" modelini təqdim edib - FOTO
# 21 dekabr 2020 09:15 (UTC +04:00)

Öz sinfinin əfsanəsi, tam yeni S-Class artıq Bakıdadır! Mercedes-Benz brendinin Azərbaycandakı rəsmi dileri Autostar Kaukasus bu eksklüziv modellə ətraflı tanış olmaq imkanı verir.

Tam Yeni S-Class sözün əsl mənasında gələcəyin avtomobili kimi adlandırılır. Burada bu günə qədər heç bir avtomobildə olmayan yeniliklər, bununla bərabər, Mercedes-Benz brendinə xas ənənəvi funksional ilə təchiz edilib. Avtomobildə önəmli məqamlara diqqət yetirilmişdir: həm sürücünün, həm də sərnişinlərin rahatlığı və təhlükəsizliyi ən yüksək səviyyədədir. MBUX innovativ multimedia sisteminin yenilikçi idarəetmə konsepsiyası və lüks tərtibatı avtomobilin salonuna daxil olanlara inanılmaz hisslər yaşadır. Salonun yeni aktiv LED işıqlandırma sistemi interyerin atmosferini daha da cəlbedici edir. Keyless-go sistemi ilə avtomatik irəli çəkilən qapı tutacaqları, kilidinin toxunuşla açılması isə S-Class həvəskarları üçün tam yeni bir təcrübədir.

Avtomobilin xarici tərtibatı qüsursuz S-Class təcrübəsini bir daha xarakterizə edir. Dəbdən düşməyən klassik dizayna malik eksteryer və yeni yüngül lehimli disklərini də nəzərə alsaq, yeni S-Class avtomobilinin tərtibatı qüsursuzdur.

Qarşınızda rəqəmsal zəka dayanır. O sizi dinləyir. Düşüncələrinizin gedişatını izləyir və hər şeyi öncədən görür. Avtomobildə intuitiv anlaşılan idarəetmə ilə səyahətdən xüsusi zövq almaq olar.

Autostar Kaukasus Gmbh sosial izolyasiya şəraitində müştərilərinə premium xidmət göstərməkdə davam edir, şirkətin Premium servis xidməti hər zamankı qrafikdə fəaliyyət göstərir.

Ünvan: Babək pr. 1145

Telefon: 012 496 50 50, 012 976 – Satış-sərgi salonu

050 285 95 91 - Mərdanov Ayaz

050 255 18 04 - Dadaşov Emin

012 496 51 31 - Premium Servis www.mercedes-autostar.az

Bu, təkcə yeni S-Class deyil, bu, həm də yeni təcrübədir!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR