Avropada elektromobil və hibrid avtomobillərin satışı ötən il kəskin artıb

Avropada elektromobil və hibrid avtomobillərin satışı ötən il kəskin artıb
# 04 fevral 2021 17:23 (UTC +04:00)

2020-ci ildə Avropa İttifaqı (Aİ) ölkələrində elektrikli və hibrid avtomobillərin satış həcmləri 3 dəfəyə yaxın artaraq 1,046 mln. vahid təşkil edib.

"APA-Economics"in Avropa Avtomobil İstehsalçıları Birliyinin (ACEA) məlumatlarına istinadən verdiyi xəbərə görə, sözügedən növ avtomobillərin ümumi satışlardakı payı 10%-i üstələyib.

Ümumi avtomobil satışları isə 24% azalaraq 9,9 mln. vahidə enib, realizə edilən avtomobillərin 48%-i benzin mühərrikli avtomobillərin. Təkcə elektromobillərin satışı 2,2 dəfə artaraq ötən il 538 722-yə yüksəlib.

Qeyd edək ki, Avropadakı avtomobil istehsalçıları Aİ-nin yeni ciddi karbon emissiyası hədəflərini uyğunlaşmaq məcburiyyətində qalmaqla yanaşı, həm də pandemiyadan bərpa proqramları çərçivəsində (xüsusilə Fransa və Almaniyada) elektrikli nəqliyyat vasitələri üçün dövlət subsidiyalarından bəhrələnib və nəticədə müşahidə olunan artımlar qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR