Avropada minik avtomobillərinin satışları 25% azalıb

Avropada minik avtomobillərinin satışları 25% azalıb
# 17 dekabr 2020 12:40 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Avropa İttifaqı (Aİ) yeni minik avtomobillərinin satışları illik ifadədə 25,5% azalaraq 8,911 mln. vahid təşkil edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının açıqlamasında deyilir.

Bildirilir ki, Fransanın avtomobil istehsalçısı "PSA Group"un yeni avtomobillərinin satışları yanvar-noyabr aylarında illik nisbətdə 31,5%, "Volkswagen Group"un – 24%, "Renault"nun isə 26,8% azalıb.

Avropa avtomobil bazarı ötən ay illik nisbətdə 12% azalıb – ay ərzində cəmi 897,7 min yeni minik avtomobili qeydiyyata alınıb.

Böyük bazarlar arasında ən əhəmiyyətli azalma Fransa (27%), İspaniya (18,7%), İtaliya (8,3%) və Almaniyada (3%) qeydə alınıb.

"PSA Group"un yeni minik avtomobillərinin satışları noyabr ayında illik nisbətdə 11,1%, "Volkswagen Group"un – 13%, "Renault"nun isə 13% azalıb.

Assosiasiya koronavirus pandemiyasının səbəb olduğu iqtisadi böhran fonunda 2020-ci ildə Aİ-də avtomobil satışlarının rekord dərəcədə – 25% azalacağını gözləyir, halbuki əvvəlki proqnoz cəmi 2% azalma vəd edirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR