"Avrora Qrup" Qızıl Aypara Cəmiyyəti ilə birlikdə hərbi xidmətdə olan əsgərlərin ailələrinə yardım edib - FOTO

"Avrora Qrup" Qızıl Aypara Cəmiyyəti ilə birlikdə hərbi xidmətdə olan əsgərlərin ailələrinə yardım edib - FOTO
# 27 noyabr 2020 11:00 (UTC +04:00)

Azərbaycanın şanlı ordusu Qarabağda tarix yazaraq, ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Müzəffər ordumuz Azərbaycan xalqına qələbə sevincini yaşatdı. “Avrora Qrup” Qızıl Aypara Cəmiyyəti ilə birlikdə hazırda hərbi xidmətdə olan əsgərlərimizin ailələri ilə görüşərək onların qayğıları ilə maraqlanıb, aztəminatlı ailələrə ərzaq yardımı edib.

Yardım aksiyası çərçivəsində Bakının Binəqədi, Biləcəri, Rəsulzadə qəsəbələrində yaşayan aztəminatlı əsgər ailələrinə ərzaq bağlamaları çatdırılıb.

Şirkət eyni zamanda hərbi xidmətə yollanan, vətənimiz üçün qəhrəmanlıq göstərən əməkdaşlarının ailələri ilə mütəmadi görüşür, onların qayğıları ilə maraqlanır. Maddi və mənəvi dəstək göstərir.

“Avrora Qrup” ölkəmizdə aparıcı distributor və istehsalçı şirkətdir. “Avrora” şirkətinin istehsalı olan “Doymak”, “Lafarella”, “Tanelli”, “Kreki”, “Sladyaona”, “Sladok”, “Naş maloçnik”, “Bizon” və digər brendlər, eyni zamanda distributoru olduğu məhsullar barədə ətraflı məlumat almaq, şikayət və təkliflərinizi bildirmək üçün *0100 qaynar xəttinə zəng etməyiniz xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR