"Avrora Qrup" daha bir yeniliyə imza atıb - FOTO

"Avrora Qrup" daha bir yeniliyə imza atıb - FOTO
  • Clock-gray 09:00
  • calendar-gray 08 Dekabr 2020

“Avrora Qrup” beynəlxalq standartların tətbiqi ilə bağlı layihələrini davam etdirərək İSO 22000:2018 Qida Təhlükəsizliyi Menecmenti Sistemi sertifikatını əldə edib. Bundan əvvəl “Avrora” şirkəti İSO 9001:2015 Keyfiyyətin İdarə edilməsi sistemi üzrə sertifikatı əldə etmişdi.

“Avrora Qrup” istehsal sahəsinin inkişaf etdirilməsi və yeni istehsal xətlərinin alınması istiqamətində daima araşdırmalar edir, yeni məhsullarını bazara çıxarır. Bu məhsullar Azərbaycan bazarı ilə yanaşı dünya bazarına da ixrac olunur. Ölkəmizin ixrac imkanları genişlənir.

İstehsal olunan məhsulların keyfiyyətinin daima nəzarətdə saxlanılması, dünya tələblərinə cavab verən istehsal sahələrinin formalaşdırılması üçün Şirkətin Qida Təhlükəsizliyini Təmin edən qrupu (HACCP) yaradılıb. “Avrora” şirkəti bu il beynəlxalq audit yoxlamasından keçərək İSO 22000:2018 Qida Təhlükəsizliyi Menecmenti Sistemi sertifikatı üzrə nəzarət auditini uğurla tamamlayıb və sertifikatı əldə edib. Şirkət 2019-cu ildə isə İSO 9001:2015 Keyfiyyətin İdarə edilməsi sistemi standartı üzrə nəzarət auditini uğurla tamamlamış və müvafiq sertifikatı əldə etmişdi.

Şirkət eyni zamanda müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyasında ən son müayinə və yoxlama metodlarını tətbiq edir. Bununla paralel “Avrora” 2021-ci ildə dünya tələblərinə uyğun, İSO 17025 standartlı, akkreditə olunmuş laboratoriyanı istismara verməyə hazırlaşır. 

“Avrora” şirkətinin istehsalı olan “Doymak”, “Lafarella”, “Tanelli”, “Kreki”, “Sladyona”, “Sladok”, “Naş Maloçnik”, “Bizon” və digər brendlər, eyni zamanda distributoru olduğu məhsullar barədə ətraflı məlumat almaq, şikayət və təkliflərinizi bildirmək üçün *0100 qaynar xəttinə zəng edə bilərsiniz.

APA-Economics

Digər xəbərlər