Avrozonada işgüzar fəallıq indeksi yanvarda 47,8 bəndə enib

Avrozonada işgüzar fəallıq indeksi yanvarda 47,8 bəndə enib
# 03 fevral 2021 14:58 (UTC +04:00)

Son qiymətləndirməyə görə, Avrozonanın 19 ölkəsinin sənaye və xidmətlərdəki işgüzar fəallıq indeksi (PMI) bu ilin yanvar ayında ötən ilin dekabrına nisbətən 49,1 bənddən 47,8 bəndə enib.

APA-Economics” xəbər verir ki, bu barədə “Markit Economics”in məlumatında deyilir.

“DailyFX” portalı tərəfindən keçirilən sorğuya əsasən, analitiklər bu göstəricini 47,5 bənddə olacağını gözləyirdilər.

Yanvar ayında Avrozonanın xidmətlər sektorunda işgüzar aktivlik indeksi yekun qiymətləndirməyə görə, dekabrdakı 46,4 bənddən 45,4 bəndə enib. Göstəricinin 45 bəndə enməsi gözlənilən idi.

Yanvar ayında Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyanın sənaye və xidmətlər sahəsindəki işgüzar fəaliyyət göstəricisi son qiymətləndirməyə görə, analitiklərin dekabrdakı gözləntiləri ilə üst-üstə düşən 52 bənddən 50,8 bəndə enib. Almaniyada xidmət sektorunun işgüzar aktivlik indeksi 46,8 bəndlik proqnoza qarşı dekabr ayında 47 bənddən 46,7 bəndə enib.

Yanvarda Fransadakı işgüzar fəallığının məcmu indeksi son qiymətləndirməyə əsasən, dekabr səviyyəsindəki 49,5 bənddən 47,7 bəndə enib. Analitiklər bu göstəricinin 46,5 səviyyəsində olacağını gözləyirdi.

İndeksin 50 bənddən yuxarı dəyəri iqtisadi aktivliyin artdığını, aşağı göstəricisi isə azalmanın olduğunu göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR