Azpromo Asiyada fəaliyyətini genişləndirmək niyyətindədir

Azpromo Asiyada fəaliyyətini genişləndirmək niyyətindədir
# 02 mart 2020 12:02 (UTC +04:00)

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) Cənubi Koreya, İndoneziya və Vyetnam kimi yeni bazarlara çıxaraq fəaliyyətini genişləndirmək niyyətindədir.

"APA-Economics"in məlumatına görə, bunu Azpromo-nun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev Fondun 2019-cu ildəki fəaliyyətinə və "Made in Azerbaijan" brendinin təşviqi istiqamətində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Fond 12 yeni bazarı araşdırıb və qiymətləndirib: "Nəzərə alsaq ki, hazırda Asiya bazarı böyümə mərhələsindədir, seçim məhz sözügedən ölkələrdə dayanıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR