Azpromo: İndiyədək 153 sahibkarlıq subyektinə 27 mln. manatadək ixrac təşviqi ödənilib

Azpromo: İndiyədək 153 sahibkarlıq subyektinə 27 mln. manatadək ixrac təşviqi ödənilib
# 28 yanvar 2021 12:51 (UTC +04:00)

2020-ci ildə ixrac təşviqinin ödənilməsi ilə bağlı daxil olan müraciətlər əsasında 97 sahibkarlıq subyektinə 9,6 mln. manatdan çox ixrac təşviqi ödənilib.

APA-Economics”in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) 2020-ci il üzrə fəaliyyəti, bu il görüləcək işlər və keçirilməsi nəzərdə tutulan sərgilər, ixrac missiyaları barədə onlayn mətbuat konfransında çıxış edən Fondun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində önəmli mexanizmlərdən olan “ixrac təşviqinin geri ödənilməsi” mexanizminin tətbiqi 2020-ci ilin 31 dekabr tarixindən başa çatdırılıb: “Ümumilikdə, indiyədək daxil olan 3 297 müraciət əsasında, 3 214 məktub-sərəncam verilib, 153 sahibkarlıq subyektinə 27 mln. manatadək ixrac təşviqi ödənilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR