"Azpromo" mobil əlavəsini yaradacaq

"Azpromo" mobil əlavəsini yaradacaq
# 27 avqust 2020 09:40 (UTC +04:00)

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ("Azpromo") "Invest in Azerbaijan" elektron səhifəsinin, həmçinin mobil tətbiqin yaradılması ilə bağlı görüləcək işlərin yerinə yetirilməsi üçün açıq tender elan edib.

"APA-Economics" Fondun məlumatına istinadən xəbər verir ki, tenderdə iştirak etmək istəyənlər lot üzrə müəyyən edilən iştirak haqqını etender.gov.az portalında göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini portal vasitəsilə təqdim edə bilərlər. Tenderdə iştirak haqqı 200 manat təşkil edir.

İddiaçılar tender təkliflərini və bank təminatı sənədlərini 22 sentyabr saat 18:00-dək portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 25 sentyabr saat 15:00-da açılacaq.

Qeyd edək, ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR