Azərbaycan-Almaniya işgüzar görüşü keçiriləcək

Azərbaycan-Almaniya işgüzar görüşü keçiriləcək
# 05 fevral 2021 15:03 (UTC +04:00)

Azərbaycan və Almaniya arasında iqtisadi əlaqələri genişləndirmək məqsədilə onlayn işgüzar görüş təşkil olunacaq.

Alman-Azərbaycan Xarici Ticarət Palatasından ("AHK Azərbaycan") "APA-Economics"ə verilən məlumata görə, Almaniya Federal İqtisadiyyat və Enerji Nazirliyinin dəstəyi ilə 24-25 fevral tarixində təşkil olunacaq görüş "Neft və qaz sənayesinə texnoloji mühəndislik" mövzusunu əhatə edəcək.

B2B görüşlər qaynaq və kəsmə texnologiyası, qaz təzyiq tənzimləyiciləri, təhlükəsizlik klapanları və sistemləri eləcədə digər sahələrdə fəaliyyət göstərən Alman şirkətləri ilə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR