Azərbaycan Belarusdan süd idxal edən ölkələrin ilk üçlüyündə yer alıb

Azərbaycan Belarusdan süd idxal edən ölkələrin ilk üçlüyündə yer alıb
# 16 oktyabr 2020 17:12 (UTC +04:00)

Belarus MDB ölkələrinə süd məhsullarının ixracını artırır və hazırda bu sahə üzrə ən fəal ticarət Qazaxıstan, Qırğızıstan və Azərbaycanla aparılır.

"APA-Economics"in "Belta"ya istinadən verdiyi məlumata görə, bunu Belarusun Kənd Təsərrüfatı və Qida Nazirliyinin Xarici İqtisadi Fəaliyyət Baş İdarəsinin rəisi Aleksey Boqdanov deyib.

Onun sözlərinə görə, süd məhsullarının ixracının payı istehsal həcminin 60%-ni təşkil edir: "Pendir və yağ da ixracatda kifayət qədər yüksək paya malikdir ki, bu göstərici müvafiq olaraq 83,5% və 68% təşkil edir. 2030-cu ilədək Belarus süd məhsullarının ixracı 4 mlrd. ABŞ dollarına çata bilər. Son 5 ildə süd məhsullarının ixrac həcmi 34% və ya 600 mln. dollar artıb. 2019-cu ildə bu göstərici 2,3 mlrd. dollar təşkil edirdi. Süd məhsulları 58 ölkəyə ixrac edilib".

Nazirlik rəsmisi əlavə edib ki, ölkədə süd istehsalının artırılmasına dair planları nəzərə alaraq, hesablamalara görə, süd məhsullarının ixracı da artacaq. 2025-ci ilədək bu göstərici 3,1 mlrd. dollara çatacaq, 2030-cu ilədək isə 4 mlrd. dollara yaxınlaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR