Azərbaycan-Gürcüstan iqtisadi komissiyasının görüşü keçiriləcək

Azərbaycan-Gürcüstan iqtisadi komissiyasının görüşü keçiriləcək
# 10 mart 2021 10:36 (UTC +04:00)

Bu yaxınlarda Gürcüstanın Baş nazirinin Azərbaycana işgüzar səfəri planlaşdırılır.

Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) "APA-Economics"ə verilən məlumata görə, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ASK-nın prezidenti Məmməd Musayevlə görüşü zamanı deyib.

O, ASK prezidentinə təşkil olunacaq Azərbaycan-Gürcüstan iqtisadi komissiyasının görüşü çərçivəsində biznes-forumun keçirilməsini təklif edib.

Öz növbəsində, M. Musayev Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli formatında biznes əlaqələrinin davam etdirilməsinin vacibliyini bildirərək, hər üç ölkənin iş adamlarının iştirakı ilə birgə biznes-forum keçirməsini təklif edib.

Səfir bu təklifi razılıqla qarşılayaraq, gələcək əməkdaşlıq perspektivləri ilə bağlı öz təkliflərini irəli sürüb.

Görüşdə Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli biznes forumunun keçirilməsi üçün təşkilatı məsələlərin həlli ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR