Azərbaycan Gürcüstandan gübrə idxalını 6 dəfədən çox artırıb

Azərbaycan Gürcüstandan gübrə idxalını 6 dəfədən çox artırıb
  • Clock-gray 14:06
  • calendar-gray 22 Yanvar 2020

2019-cu ildə Gürcüstan Azərbaycana mineral və ya kimyəvi gübrələrin ixrac həcmini 6,4 dəfə və ya 21 348,6 ton artıraraq 25 291,6 tona çatdırıb.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) məlumat verilib. Bildirilib ki, hesabat dövründə idxal edilən məhsula görə Azərbaycan tərəfindən ödənilən məbləğ 4 732,3 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 2018-ci ildə isə Azərbaycan Gürcüstandan 741,6 min dollar dəyərində 3 943,4 ton məhsul idxal edib.

Səid Babazadə

Digər xəbərlər