Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını 60%-dən çox artırıb

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını 60%-dən çox artırıb
  • Clock-gray 13:43
  • calendar-gray 22 Yanvar 2020

2019-cu ildə Azərbaycan Gürcüstandan canlı iribuynuzlu mal-qara idxalının həcmi əvvəlki illə müqayisədə 32% və ya 2 704,8 ton azalaraq 5 667,0 ton təşkil edib.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) məlumat verilib. Bildirilib ki, hesabat dövründə idxal edilən məhsula görə Azərbaycan tərəfindən ödənilən məbləğ 10 092,4 min dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 33,7% və ya 5 139,1 min dollar azdır.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycan Gürcüstandan 15 231,5 min dollar dəyərində 8 371,8 ton canlı iribuynuzlu mal-qara idxal edib.

Ötən il Azərbaycanın Gürcüstandan canlı qoyun və keçi idxalının həcmi isə 2018-ci illə müqayisədə 60,5% və ya 842,4 ton artaraq 2 233,9 tona çatıb. İdxal edilən məhsula görə ödənilən məbləğ 4 700,0 min dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 69,7% və ya 1930,6 min dollar çoxdur.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycan Gürcüstandan dəyəri 2 769,6 min dollar olan 1 391,5 ton canlı qoyun və keçi idxal edib.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date