Azərbaycan Gürcüstandan siqaret idxalını kəskin azaldıb

Azərbaycan Gürcüstandan siqaret idxalını kəskin azaldıb
# 21 dekabr 2020 14:45 (UTC +04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Gürcüstandan Azərbaycana 16 747,48 min ABŞ dolları dəyərində 645,61 ton siqaret ixrac edilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, Azərbaycana ixrac edilən məhsulun dəyəri illik müqayisədə 14 178,11 min dollar və ya 45,8%, həcmi isə 723,47 ton və ya 2,12 dəfə azalıb. Belə ki, ötən ilin 11 ayı ərzində Gürcüstan Azərbaycana 30 925,59 min dollar dəyərində 1 369,08 ton siqaret ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR