Azərbaycan Gürcüstandan yük maşını idxalını artırıb

Azərbaycan Gürcüstandan yük maşını idxalını artırıb
  • Clock-gray 13:26
  • calendar-gray 22 Yanvar 2020

2019-cu ildə Azərbaycanın Gürcüstandan yük maşını idxalı əvvəlki il ilə müqayisədə 79% və ya 733 ədəd artaraq 1 659-a çatıb.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) məlumat verilib. Bildirilib ki, hesabat dövründə Gürcüstandan idxal edilən yük maşınlarının ümumi dəyəri 11 019,3 min dollar təşkil edib.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycan Gürcüstandan ümumi dəyəri 6 436,7 min dollar olan 926 ədəd yük maşını idxal edib.

2019-cu ildə Gürcüstandan idxal edilən traktorların sayı da əvvəlki illə müqayisədə 68,9% və ya 71 ədəd artaraq 174-ə çatıb. Gürcüstandan idxal edilən traktorların ümumi dəyəri 3 232,2 min dollar təşkil edib.

Ötən il Azərbaycan Gürcüstandan buldozer və ekskovator tipli 75 maşın idxal edib ki, bu da əvvəlki illə müqayisədə 2 dəfədən çoxdur. Hesabat dövründə idxal edilən məhsula görə edilən ödəniş 6 158 min dollar təşkil edib.

Qeyd edək ki, 2018-ci ildə isə Azərbaycan Gürcüstandan ümumi dəyəri 1 918,2 min dollar olan 31 ədəd buldozer və ekskovator tipli maşın idxal edib.

Səid Babazadə

Digər xəbərlər