Azərbaycan-Hindistan əməkdaşlığına dair yol xəritəsi hazırlanacaq

Azərbaycan-Hindistan əməkdaşlığına dair yol xəritəsi hazırlanacaq
# 09 may 2020 10:36 (UTC +04:00)

Azərbaycan və Hindistan şirkətlərinin əməkdaşlığı üçün müvafiq məhsul və xidmətlərinin yer ala biləcəyi rəqəmsal platformanın yaradılması hər iki ölkə sahibkarlarının fəaliyyətində effektiv rol oynayacaq.

Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) “APA-Economics”ə verilən məlumata görə, bunu ASK-nın Baş katibinin müavini Fuad Hümbətov “Hindistan-Azərbaycan Biznes təşviqatı, Problemlər və perspektivlər – Post COVİD-19” mövzusunda keçirilən interaktiv video-konfransda çıxış edərkən deyib.

F. Hümbətov Hindistanlı sahibkarların maraqlarını (xüsusən də, əczaçılıq, dəri məhsulları, kənd təsərrüfatı məhsullarının istehsalı və s.) nəzərə alaraq, Azərbaycanda müvafiq sənaye parklarında istehsal sahəsi açmağa və bu parklarda investisiya təşviqinə dair dövlət dəstəyi mexanizmləri haqqında təkliflərini çatdırıb.

ASK-ın Baş katibinin müavini PDH Ticarət və Sənaye Palatası ilə imzalanan əməkdaşlıq haqqında Anlaşma Memorandumuna istinad edərək orada qeyd edilən sahələrin, xüsusən də turizm, kənd təsərrüfatı, əczaçılıq, xidmət sektoru, konsaltinq, İT üzrə əməkdaşlıq istiqamətlərində geniş potensialın olduğunu bildirib və post pandemiya dövründə adıçəkilən sahələr üzrə əməkdaşlığın yol xəritəsinin hazırlanmasını təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR