Azərbaycan Pakistan və Yaponiyada ticarət evləri aça bilər

Azərbaycan Pakistan və Yaponiyada ticarət evləri aça bilər
# 28 yanvar 2021 12:42 (UTC +04:00)

Azərbaycanın Pakistan və Yaponiyada ticarət evlərinin açılması ilə bağlı müraciətlərə baxılır.

APA-Economics”in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) 2020-ci il üzrə fəaliyyəti, bu il görüləcək işlər və keçirilməsi nəzərdə tutulan sərgilər, ixrac missiyaları barədə onlayn mətbuat konfransında çıxış edən Fondun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, hazırda bu bazarlar araşdırılır ki, orada hansı məhsullar təklif oluna bilər, eləcə də logistika məsələləri və rəfdə olan qiymətlər də müzakirə predmetidir: “Məhsullara gəldikdə, burada konkret olaraq bu gün üçün olan 118 məhsuldan söhbət gedir, amma bu müzakirə mövzusudur və siyahı genişləndirilə də bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR