Azərbaycan Şanxayda keçirilən beynəlxalq idxal sərgisində iştirak edir

Azərbaycan Şanxayda keçirilən beynəlxalq idxal sərgisində iştirak edir
  • Clock-gray 10:35
  • calendar-gray 05 Noyabr 2020

Bu gün Çin Xalq Respublikasının Şanxay şəhərində "3-cü Çin Beynəlxalq İdxal Sərgisi" işə başlayıb.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) "APA-Economics"ə verilən məlumata görə, noyabrın 5-10-dək keçiriləcək sərgidə Fondun təşkilatçılığı ilə 20-dən çox Azərbaycan şirkətinin istehsal etdiyi məhsullar - nar şirəsi, fındıq, şərab və digər spirtli içkilər, meyvə distilyatları, mineral sular, un və qənnadı məmulatları, çay, mürəbbə, kompot, limonad, meyvə quruları və s. nümayiş olunur.

Sərgi çərçivəsində Azərbaycan məhsullarının ixracının artırılmasına dair müzakirələr aparılacaq, potensial müştərilərlə görüşlər keçiriləcək.

Hüseyn Vəliyev

Digər xəbərlər