Azərbaycan "Ticarət Statistikası Portalı"nı təqdim edib - FOTO

Azərbaycan "Ticarət Statistikası Portalı"nı təqdim edib - FOTO
# 07 aprel 2021 11:27 (UTC +04:00)

Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycanın ticarət dövriyyəsini vizual olaraq təqdim etmək məqsədilə "Ticarət Statistikası Portalı"nı (www.stats.customs.gov.az) təqdim edib.

"APA-Economics"in məlumatına görə, portal Xarici İqtisadi Fəaliyyət iştirakçılarına ölkədəki bazarı təhlil etmək, eyni zamanda vahid rəqəmsal məkanda statistik məlumat əldə etmək imkanı verəcək.

Təqdimatda çıxış edərkən DGK-nin Aparat rəhbəri Anar Süleymanov bildirib ki, portal sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən maraqlı tərəflərə statistik məlumatları təqdim edərək, onların daha dəqiq biznes araşdırmasına dəstək olacaq. Bu da, öz növbəsində, ticarətdə rəqabət qabiliyyətliliyin artırılmasını zəmin yaradacaq.

"Portalın təqdim etdiyi digər yenilik ölkənin xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının və ixrac gömrük rüsumlarının dərəcələri haqqında məlumatları daha müasir formatda maraqlı tərəflərə çatdırmaqdır", - deyə A. Süleymanov qeyd edib.

Təqdimat mərasimində bildirilib ki, DGK sahibkarlıq fəaliyyəti ilə bağlı idxal və ya ixrac zamanı malların rəsmiləşdirilməsi üçün tələb olunan sənədləri və sənədi verən orqanın adını publik qaydada təqdim edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR