Azərbaycan alkoqollu içkilərin ixracını azaldıb

Azərbaycan alkoqollu içkilərin ixracını azaldıb
# 17 mart 2021 10:01 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 1 818,54 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,4% azalıb.

Cari ilin ilk iki ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 0,07%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,55%-ə bərabər olub.

Hesabat dövründə bu məhsul kateqoriyası üzrə ölkəyə idxalının dəyəri 6 976,64 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 26,9% azdır. Cari ilin yanvar-fevral aylarında qeyd olunan məhsulların idxalda xüsusi çəkisi 0,43% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR