Azərbaycan bu ilin beş ayında Fransadan 28 tondan çox ətir idxal edib

Azərbaycan bu ilin beş ayında Fransadan 28 tondan çox ətir idxal edib
# 22 iyul 2020 16:30 (UTC +04:00)

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 7,01 mln. ABŞ dollar dəyərində 637,64 ton ətir və tualet suyu idxal edib.

"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkəyə dəyər ifadəsində ən çox ətir Fransadan idxal olunub. Bu ölkə hesabat dövründə Azərbaycana 2,19 mln. dollar məbləğində 28,46 ton ətir və tualet suyu ixrac edib.

Miqdar ifadəsində Azərbaycana ətir ixracında Çin və Türkiyə liderlik edir. Hesabat dövründə Azərbaycan Çindən 0,569 mln. dəyərində 255,15 ton, Türkiyədən isə 0,631 mln. dollar dəyərində 95,36 ton ətir idxal edib.

Bundan əlavə, İspaniya, Polşa və BƏƏ kimi ölkələrin də Azərbaycana ətir ixracında əhəmiyyətli payı olub. Belə ki, hesabat dövründə Polşa Azərbaycana 0,516 mln. dollar dəyərində 45,68 ton, BƏƏ 0,304 mln. dollar dəyərində 25,78 ton, İspaniya isə 0,579 mln. dollar dəyərində 17,37 ton ətir və tualet suyu ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR