Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 34,4 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, bu, ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 26% çoxdur.
Cari ilin fevral ayında isə ölkənin qızıl ixracı 24,7 mln. dollar təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə 15 mln. dollar və ya 2,5 dəfə çoxdur.