Azərbaycan əhalisi ötən ay içki və siqaretə 197 mln. manata yaxın vəsiat xərcləyib

Azərbaycan əhalisi ötən ay içki və siqaretə 197 mln. manata yaxın vəsiat xərcləyib
# 12 fevral 2021 15:25 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı içkilər və tütün məmulatlarından əldə etdiyi gəlir 196,7 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 0,4% çoxdur.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 52,8%-i ərzaq, içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlir 2 168,5 mln. manat təşkil edib, bu da illik müqayisədə 0,5% artım deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR