Azərbaycanın ixrac missiyası Dubayda səfərdədir

Azərbaycanın ixrac missiyası Dubayda səfərdədir
# 09 dekabr 2019 16:17 (UTC +04:00)

“Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsullarının xarici ölkələrdə daha çox tanıdılması məqsədi ilə Azərbaycan ixrac missiyası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində səfərdədir.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, ixrac missiyasına qida sənayesi, turizm və tikinti materialları sahəsində fəaliyyət göstərən 24 Azərbaycan şirkəti daxildir. Səfər çərçivəsində Azərbaycanlı sahibkarlar xarici həmkarları ilə görüşlər keçirəcək, ixraca dair müzakirələr aparacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR