Azərbaycan ixracatçılarına xidməti pasportların verilməsinə dair təkliflər hazırlanıb

Azərbaycan ixracatçılarına xidməti pasportların verilməsinə dair təkliflər hazırlanıb
# 19 dekabr 2019 11:03 (UTC +04:00)

Azərbaycan ixracatçılarına Avropa və ərəb ölkələrinə vizasız gediş-gəlişi üçün xidməti pasportların verilməsinə dair təkliflər hazırlanıb.

"APA-Economics"in əldə etdiyi məlumata görə, yaxın günlərdə təkliflər hökumətə təqdim olunacaq.

Xidməti pasportların iş adamlarına verilməsi onların xaricidə keçiriləcək işgüzar səfərlərdə iştirakını asanlaşdıra bilər. Belə ki, ixracatçılar viza almaq üçün vaxt itkisi ilə üzləşməyəcək və bu da biznes üçün olduqca vacib amildir. Hazırda belə təcrübə qonşu Türkiyə və bəzi Avropa ölkələrində tətbiq olunur.

Qeyd edək ki, hazırda Azərbaycanda xidməti pasportlar mədəniyyət sahəsində çalışan şəxslərə verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR