Azərbaycan ixracatçılarının 2020-ci il üzrə reytinqi açıqlanıb - TOP-10

Azərbaycan ixracatçılarının 2020-ci il üzrə reytinqi açıqlanıb - TOP-10
# 29 yanvar 2021 11:42 (UTC +04:00)

2020-ci il ərzində Azərbaycanda həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, 2020-ci il üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar:

1. "Azerbaijan International Mining Company"nin Azərbaycandakı nümayəndəliyi;

2. "SOCAR Polymer" MMC;

3. "Land Lojistic" MMC;

4. "MKT İstehsalat Kommersiya" MMC;

5. "Almeyvə" MMC;

6. "Sun Food" MMC;

7. "Global Trade Group" MMC;

8. "Baku Steel Company" MMC;

9. "Aqrovest" MMC;

10. "P-Agro" MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə SOCAR-ın "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi" başçılıq edir. Daha sonra bu siyahıda "Azergold", "Azəralüminium", "Azərenerji", "Azərpambıq Aqrar Sənaye Kompleksi", "Azərbaycan Hava Yolları", "Azərtütün Aqrar Sənaye Kompleksi", "Azəripək", "Azərbaycan İstilik Elektrik Stansiyası" və Naxçıvan MR Dövlət Energetika Xidməti yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR