Azərbaycan ixracatçılarının yanvar-oktyabr ayları üzrə reytinqi açıqlanıb - TOP-10

Azərbaycan ixracatçılarının yanvar-oktyabr ayları üzrə reytinqi açıqlanıb - TOP-10
# 02 dekabr 2020 16:49 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr ayları üzrə Azərbaycanda həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, 2020-ci ilin 10 ayı üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar:

1. "SOCAR Polymer" MMC;

2. "Azerbaijan International Mining Company"nin Azərbaycandakı nümayəndəliyi;

3. "Land Lojistic" MMC;

4. "MKT İstehsalat Kommersiya" MMC;

7. "Sun Food" MMC;

6. "Global Trade Group" MMC;

5. "Fruit Store" MMC;

8. "Baku Steel Company";

9. "Aqrovest" MMC;

10. "Fruit City Group" MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə SOCAR-ın "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi" başçılıq edir. Daha sonra bu siyahıda "Azergold" QSC, "Azəralüminium" MMC, "Azərenerji" ATSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC, Naxçıvan MR Dövlət Energetika Xidməti və "Caspian Driling Company" MMC yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR