Azərbaycan ixracatçılarının yanvar reytinqi açıqlanıb - TOP-10

Azərbaycan ixracatçılarının yanvar reytinqi açıqlanıb - TOP-10
# 28 fevral 2020 15:08 (UTC +04:00)

Bu ilin yanvar ayı üzrə Azərbaycanda həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

"APA-Economics"in xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri​ Nicat Hacızadə deyib.

Onun sözlərinə görə, 2020-ci ilin yanvar ayı üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərinin ilk onluğu:

  1. "SOCAR Polymer" MMC;
  2. "Azerbaijan International Mining Copmpany";
  3. "MKT İstehsalat Kommersiya" MMC;
  4. "Land Lojistic MMC;
  5. "Natural Fruit" MMC;
  6. "P-Aqro" MMC;
  7. "Baku Steel Company";
  8. "Fresh Fruits Group" MMC;
  9. "Mingəçevir Tekstil" MMC;
  10. "Atef Şirkətlər Qrupu" MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə SOCAR-ın "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi" başçılıq edir. Daha sonra bu siyahıda "Azergold" QSC, "Azəralüminium" MMC, "Azərenerji" ATSC, "Azərbaycan Hava Yolları" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, “ASK şüşə” MMC, "Bakı Neft Maşinqayırma Zavodu" TASC yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR