Azərbaycan ixracatçılarının yanvar-sentyabr ayları üzrə reytinqi açıqlanıb - TOP-10

Azərbaycan ixracatçılarının yanvar-sentyabr ayları üzrə reytinqi açıqlanıb - TOP-10
# 03 noyabr 2020 17:42 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr ayları üzrə Azərbaycanda həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, 2020-ci ilin 9 ayı üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar:

1. "Azerbaijan International Mining Company"nin Azərbaycandakı nümayəndəliyi;

2. "SOCAR Polymer";

3. "Land Lojistic";

4. "MKT İstehsalat Kommersiya";

5. "Sun Food";

6. "Global Trade Group";

7. "Fruit Store";

8. "Baku Steel Company";

9. "Fruit City Group";

10. "P-Aqro".

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə SOCAR-ın "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi" başçılıq edir. Daha sonra bu siyahıda "Azergold", "Azəralüminium", "Azərenerji", "Azərpambıq Aqrar Sənaye Kompleksi", "Azərbaycan Hava Yolları" (AZAL), "Azərtütün Aqrar Sənaye Kompleksi", "Azərbaycan İstilik Elektrik Stansiyası", Naxçıvan MR Dövlət Energetika Xidməti və "Caspian Drilking Company" yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR