Azərbaycan kassa aparatlarının idxalını kəskin artırıb - CƏDVƏL

Azərbaycan kassa aparatlarının idxalını kəskin artırıb - CƏDVƏL
# 21 may 2020 12:46 (UTC +04:00)

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 2,6 mln. ABŞ dolları dəyərində 16 750 ədəd kassa aparatı idxal edib.

"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 9,5 dəfə, miqdar baxımından isə 9,8 dəfə çoxdur.

Ölkəyə ən çox kassa aparatı Çindən idxal olunub. Hesabat dövründə Azərbaycan bu ölkədən 1,95 mln. dollar dəyərində 16 410 ədəd kassa aparatı idxal edib. İdxalda ən aşağı pay sahibi isə ABŞ olub. Bu ölkədən Azərbaycana 0,11 min dollar dəyərində cəmi 1 ədəd kassa aparatı idxal edib.

Kassa aparatları idxalının ölkələr üzrə cədvəli:

#

Ölkə

Dəyəri, min dollar

Sayı, ədəd

1

Çin

1 946,32

16 410

2

Rusiya

281,95

133

3

Yaponiya

252

100

4

Türkiyə

27,7

16

5

Sinqapur

20,03

16

6

Vyetnam

13,65

50

7

Tayvan

12,62

15

8

Macarıstan

12,13

8

9

Almaniya

5,29

1

10

ABŞ

0,11

1

-

Cəmi

2 571,79

16 750

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR