Azərbaycan məhsulları Dubayda beynəlxalq yarmarkada nümayiş olunur - FOTO

Azərbaycan məhsulları Dubayda beynəlxalq yarmarkada nümayiş olunur - FOTO
# 06 yanvar 2021 11:25 (UTC +04:00)

Azərbaycanın bir sıra yerli şirkətin məhsulları "Made in Azerbaijan" brendi ilə Dubay şəhərinə təşkil olunan "Global Village" Beynəlxalq Yarmarkasında nümayiş olunur.

İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Dubay şəhərindəki Azərbaycan Ticarət Evinin təşkilatçılığı, həmçinin Azərbaycanın BƏƏ-dəki Ticarət Nümayəndəliyinin dəstəyi ilə təşkil olunan “Azərbaycan” pavilyonunda meyvə-tərəvəz, meyvə şirələri, kompotlar, bal, çay, mürəbbə, şirniyyat, konservləşdirilmiş məhsullar, xalçalar, kəlağayı, milli suvenirlər və s. məhsullar təqdim olunur.

"Azərbaycan" pavilyonu ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb və növbəti illərdə pavilyonun genişləndirilməsi istisna olunmur.

Qeyd edək ki, 1996-cı ildən təşkil olunan "Global Village" hazırda dünyanın ən böyük beynəlxalq yarmarkalarından hesab olunur. Hər il oktyabr ayından növbəti ilin aprel ayınadək təşkil olunan yarmarkada KOBİA-nın dəstəyi ilə Azərbaycan şirkətləri 2019-cu ildən təmsil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR