Azərbaycan məhsulları beynəlxalq sərgidə təqdim olunacaq

Azərbaycan məhsulları beynəlxalq sərgidə təqdim olunacaq
# 10 fevral 2021 12:00 (UTC +04:00)

Fevralın 21-25-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Gulfood 2021" beynəlxalq qida sərgisi keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, Fondun təşkilatçılığı ilə qida sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirəcək.

Qeyd edək ki, Azərbaycan artıq 5-ci dəfə "Gulfood" beynəlxalq ərzaq sərgisində təmsil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR