Azərbaycan nümayəndə heyəti Tbilisidə azərbaycanlı iş adamları ilə görüşüb - FOTO

Azərbaycan nümayəndə heyəti Tbilisidə azərbaycanlı iş adamları ilə görüşüb - FOTO
# 10 fevral 2020 17:13 (UTC +04:00)

Gürcüstan Azərbaycan üçün vacib tərəfdaş ölkələrdən biridir və bu ölkədə Azərbaycan şirkətlərinin fəallığı müşahidə olunur.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Azərbaycan nümayəndə heyətinin fevralın 10-da Tbilisidə Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) üzvləri ilə görüşündə İqtisadiyyat naziri Mikayıl Cabbarov söyləyib.

Onun sözlərinə görə, hər iki ölkənin iştirakçısı olduğu Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələri regionun iqtisadi əhəmiyyətini dəyişən layihələrdir.

“Azərbaycan həyata keçirilən uğurlu siyasət nəticəsində iqtisadi potensialına görə regionda aparıcı ölkədir. Azərbaycanın şirkətləri ölkə iqtisadiyyatı ilə yanaşı, bir sıra ölkələrə də investisiyalar yatırırlar. Gürcüstan da bu ölkələr sırasındadır. Azərbaycan şirkətləri Gürcüstan iqtisadiyyatının müxtəlif sahələrinə xeyli sərmayə yatırıblar. Bu da bizim iqtisadi əlaqələrimizi inkişafında önəmli rol oynayır”, - deyə nazir qeyd edib.

Görüşdə azərbaycanlı iş adamlarının qonşu ölkədə fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. ​

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR