Azərbaycan sahibkarları ötən il iştirak etdiyi sərgilərdə 15 mln. manatlıq müqavilələr imzalayıb

Azərbaycan sahibkarları ötən il iştirak etdiyi sərgilərdə 15 mln. manatlıq müqavilələr imzalayıb
  • Clock-gray 11:51
  • calendar-gray 28 Yanvar 2021

Ötən il ərzində Azərbaycan sahibkarlarının iştirak etdiyi sərgilərdə ümumimi dəyəri 14,8 mln. manat olan müqavilələr imzalanıb.

APA-Economics”in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) 2020-ci il üzrə fəaliyyəti, bu il görüləcək işlər və keçirilməsi nəzərdə tutulan sərgilər və ixrac missiyaları barədə onlayn mətbuat konfransında çıxış edən Fondun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, bu müqavilələr çərçivəsində 10,3 mln. manatdan artıq məhsullar ixrac olunub: “Ümumilikdə, biz bu günə kimi 33 beynəlxalq sərgidə iştirak etmişik və 33 ixrac missiyamız olub. İxrac və idxal missiyalarını 2020-ci ildə də planlaşdırırdıq, lakina təəssüf ki, beynəlxalq uçuşların və pandemiya ilə əlaqəli bəzi ölkələrin girişlərə qadağa qoyması səbəbindən bu fəaliyyət ötən il həyata keçirilmədi”.

Azpromo-nun rəhbəri əlavə edib ki, ötən il ixrac təşviqi çərçivəsində 983 müraciət daxil olub, onlardan 958-i üzrə müsbət qərar verilib. Ötən il bu təşviqat nəticəsində əlavə olaraq ixrac olunan məhsulların dəyəri 165 mln. dollar civarında olub.

Hüseyn Vəliyev

Digər xəbərlər