Azərbaycan sahibkarlarına bu il 6,3 mln. manatdan çox ixrac təşviqi geri ödənilib

Azərbaycan sahibkarlarına bu il 6,3 mln. manatdan çox ixrac təşviqi geri ödənilib
# 03 sentyabr 2020 12:10 (UTC +04:00)

Azərbaycanda ixrac təşviqinin ödənilməsi ilə bağlı müsbət dinamika qeydə alınıb.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, bu istiqamətdə pandemiya şəraitini nəzərə alaraq, bütün sənədlər elektron formada qəbul olunaraq emal edilirdi: "Ümumilikdə, bu ilin 8 ayı ərzində sahibkarlara 6,3 mln. manatdan çox ixrac təşviqi geri ödənilib. Burda ixrac olunan məhsulların dəyəri isə 111 mln. dollardan çox olub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR