Azərbaycan sığortaçıları Türkiyədə təcrübəyə cəlb olunacaq

Azərbaycan sığortaçıları Türkiyədə təcrübəyə cəlb olunacaq
# 23 fevral 2021 11:28 (UTC +04:00)

Türkiyə Sığorta Birliyi (TSB) Azərbaycandakı sığortaçıların Türkiyədə təcrübəyə cəlb olunmasına dəstək verəcək.

Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) “APA-Economics”ə verilən məlumata görə, bunu TSB-nin İcraçı direktoru Özgür Obalı ASA ilə TSB rəhbər heyəti arasında keçirilən onlayn konfransda bildirib.

O, bununla bağlı bütün lazımi addımları ata biləcəklərini vurğulayıb.

Görüşdə iki ölkə arasında sığorta sahəsində qurulmuş əməkdaşlıq çərçivəsində ilk mərhələdə həyata keçiriləcək fəaliyyət planı müzakirə olunub, ötən ilin dekabrında iki qurum arasında imzalanan memorandum çərçivəsində qurulan əməkdaşlığın hər iki ölkənin sığorta bazarı üçün səmərəli olacağı vurğulayıb.

İmzalanan memoranduma əsasən ilk mərhələdə kadr və təcrübə mübadiləsinin həyata keçiriləcək.

TSB sədri Atilla Benli, öz növbəsində, Azərbaycanda sığorta sahəsində Türkiyə təcrübəsinin tətbiq olunması üçün qurum olaraq bütün imkanlarını səfərbər edəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR