Azərbaycan şokolad ixracını kəskin artırıb

Azərbaycan şokolad ixracını kəskin artırıb
  • Clock-gray 12:55
  • calendar-gray 31 May 2020

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 1 134,22 min ABŞ dolları dəyərində 469,48 ton şokolad və ondan hazırlanan digər məmulatlar ixrac edib.

"APA-Economics" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 70%, miqdar baxımından isə 37% artım deməkdir.

Rəsmi statistikaya əsasən ümumilikdə, bu müddətdə 1 155,48 min dollar dəyərində 475,95 ton şokolad və tərkibində kakao olan digər hazır ərzaq məhsulları ixrac edilib. (2019-cu ilin eyni dövründə bu göstərici müvafiq olaraq 687,42 min dollar, 346,93 ton təşkil edib) Bunun da 15,88 min dollar və ya 4,86 tonu briket və plitkalarda kütləsi 2 kq-dan çox olan hazır şokolad məmulatları, 5,38 min dolları və ya 1,61 tonu briket və plitkalarda içi doldurulmuş digər şokolad məmulatlarının, qalanı isə şokolad və ondan hazırlanan digər məmulatların payına düşüb. 

İxracın 248,9 min dolları və ya 66,26 tonu Türkiyəyə, 120,81 min dolları və ya 46,5 tonu Birləşmiş Ərəb Əmirliklərinə, 118,58 min dolları və ya 52,1 tonu Gürcüstana, 90,64 min dolları və ya 33,26 tonu Yəmənə ixrac edilib.

Bundan başqa, məhsulun 50,35 min dolları (16,7 ton) Qırğızıstan, 37,58 min dolları (23,5 ton) İraq, 24,66 min dolları (12,27 ton) Bolqarıstan, 25,31 min dolları (10,55 ton) İran, 10,12 min dolları (10,6 ton) Özbəkistan, 6,27 min dolları (4,64 ton) Monqolustana ixracın payına düşüb.

Nərmin Rəhimova

Digər xəbərlər