Azərbaycan və Macarıstan arasında birgə istehsal layihələri icra oluna bilər

Azərbaycan və Macarıstan arasında birgə istehsal layihələri icra oluna bilər
  • Clock-gray 15:43
  • calendar-gray 10 Mart 2021

Azərbaycan İnvestisiya Şirkətinə və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna ("Azpromo") Macarıstanın "Tungsram Lightening Ltd." şirkəti ilə birgə istehsal layihələrinin icrasına dair məsələlərə baxılması tövsiyə olunub.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün Bakıda keçirilən Azərbaycan-Macarıstan işgüzar görüşündə çıxış edərkən deyib.

Nazirin sözlərinə görə, həmçinin, Macarıstanın "Railway Construction" şirkəti ilə də qarşılıqlı əməkdaşlıq olduqca maraqlıdır, bu istiqamətdə müzakirələr təşkil olunacaq.

"Bildiyim qədər, bu gün burada "Tol servis" şirkəti ilə müzakirələrə başlanılıb. "WizzAir" aviaşirkəti ilə artıq əməkdaşlığa başlanıb. AZAL ilə bu şirkət arasında artıq müqavilə imzalanıb. Bu layihə də davam edəcək".

S. Babayev həmçinin əlavə edib ki, bu gün alternativ enerji sahəsində Azərbaycanın energetika nazirinin Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto görüşü baş tutub: "Fikrimiz var ki, alternativ enerji sahəsində ayrıca onlayn biznes forum keçirək və günəş enerjisi layihələrinə daxil olmaq istəyən şirkətləri cəlb edək".

Hüseyn Vəliyev

Digər xəbərlər