Azərbaycan və Rusiya arasında üç sənəd imzalanıb - FOTO

Azərbaycan və Rusiya arasında üç sənəd imzalanıb - FOTO
# 09 dekabr 2019 14:35 (UTC +04:00)

Azərbaycan və Rusiya arasında bir sıra sənədlər imzalanıb.

"APA-Economics"in məlumatına görə, iki ölkə arasında Hökumətlərarası İqtisadi Komissiyanın 18-ci iclasının protokolu, 2020-2022-ci illər üzrə aqrar-sənaye kompleksi üzrə əməkdaşlıq proqramı və 2020-2022-ci illər üzrə turizm sahəsində əməkdaşlıq proqramı sənədləri imzalanıb.

Sənədləri Azərbaycan tərəfindən Baş Nazirinin müavini, komissiyanın həmsədri Şahin Mustafayev və İqtisadi İnkişaf naziri, komissiyanın həmsədri Maksim Oreşkin imzalayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR