Azərbaycan və Rusiya əczaçılıq məhsullarının istehsalı sahəsində əməkdaşlığı genişləndirəcək

Azərbaycan və Rusiya əczaçılıq məhsullarının istehsalı sahəsində əməkdaşlığı genişləndirəcək
# 29 iyun 2020 13:03 (UTC +04:00)

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin birgə təşkilatçılığı ilə əczaçılıq sahəsində əməkdaşlığın inkişafı mövzusunda video-konfrans formatında görüş keçirilib.

Azpromo-dan "APA-Economics"ə verilən məlumata görə, tədbirdə Azərbaycan və Rusiya arasında əczaçılıq məhsulları, tibbi texnika, material və ləvazimatların istehsalı sahəsində əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.

Azpromo-nun departament rəhbəri Zöhrab Qədirov ölkədə yaradılan əlverişli biznes və investisiya mühiti, ixrac imkanları, əczaçılıq sahəsinin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. O, Rusiya iş adamlarını Azərbaycanlı həmkarları ilə əməkdaşlıq əlaqələrini genişləndirməyə dəvət edib.

Tədbirdə iqtisadi əlaqələrin genişləndirilməsi, işgüzar görüşlərin təşkili və s. məsələlər müzakirə edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR