Azərbaycan yanvar-noyabrda 1,6 mlrd. dollarlıq qeyri-neft məhsulları ixrac edib

Azərbaycan yanvar-noyabrda 1,6 mlrd. dollarlıq qeyri-neft məhsulları ixrac edib
# 30 dekabr 2020 12:15 (UTC +04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın ixracı 13,1 mlrd. ABŞ dollar olub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə qeyri-neft sektoru üzrə 1,6 mlrd. dollar dəyərində ixrac reallaşdırılıb. Qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 142 mln. dollar və ya 8% azalıb.

Bu ilin yanvar-noyabr ayları ərzində Rusiyaya 628,1 mln., Türkiyəyə 320,6 mln., İsveçrəyə 201,3 mln., Gürcüstana 117 mln.və Çinə 41,3 mln.ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2020-ci ilin yanvar-noyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor) (190,4 mln. dollar) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 183,7 mln. dollar) ikinci və pambıq mahlıcı (110,7 mln. dollar) üçüncü olub.

Ümumilikdə, bu ilin ilk 11 ayı ərzində meyvə-tərəvəz ixracı 549,5 mln., pambıq lifi ixracı 111,9 mln., alüminium və ondan hazırlanan məmulatların ixracı 97,4 mln., kimya sənayesi məhsullarının ixracı 76,3 mln., qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46,6 mln., pambıq ipliyi ixracı 15 mln., spirtli və spirtsiz içkilərin ixracı 10,9 mln., şəkər ixracı 21.4 mln., bitki və heyvan mənşəli piylər və yağlar ixracı 22 mln., çay ixracı 8,5 mln. dollar təşkil edib.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin ilk 11 ayı ərzində meyvə-tərəvəz ixracı 1,4%, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 33,1%, çay ixracı 0,5% artıb.

2020-ci ilin noyabr ayında qeyri-neft sektoru üzrə ixrac 193,7 mln. dollar təşkil edib. 2020-ci ilin noyabr ayında qeyri-neft sektorunun ümumi ixracda payı 23,4% təşkil edib. Ötən dövrlə müqayisədə bu rəqəm 9,3% çoxdur. 2020-ci ilin noyabr ayında yeyinti məhsullarının qeyri-neft sektorunda payı 50,3%, qeyri-yeyinti sektoru üzrə isə 49,7% təşkil edib.

Bu ilin noyabr ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (77,5 mln. dollar), Türkiyəyə (35,1 mln. dollar), İsveçrəyə (24,8 mln. dollar), Gürcüstana (7,9 mln. dollar) və İtaliya (7,3 mln. dollar) ixrac edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR