Azərbaycan yanvar-sentyabrda İtaliyadan 37 tona yaxın qəhvə idxal edib

Azərbaycan yanvar-sentyabrda İtaliyadan 37 tona yaxın qəhvə idxal edib
  • Clock-gray 17:05
  • calendar-gray 24 Noyabr 2020

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 1,202 mln. ABŞ dolları dəyərində 129,14 ton qovurulmuş, kofeinli qəhvə idxal edib ki, bu da illik müqayisədə müvafiq olaraq 18,3% və 9,1% azdır.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, Azərbaycana qəhvənin əsas ixracatçıları Türkiyə, İtaliya və Rusiya olub. Hesabat dövründə Türkiyə Azərbaycana 295,68 min dollarlıq 48,02 ton qəhvə tədarük edib ki, bu da illik müqayisədə dəyər ifadəsində 18,4%, həcm ifadəsində isə 29,8% çoxdur.

İtaliya Azərbaycana bu ilin doqquz ayında 461,96 min dollar dəyərində 36,85 ton qəhvə ixrac edib ki, bu da illik müvafiq olaraq 33,4% və 27,2% azdır.

Rusiyaya gəldikdə, bu ölkədən Azərbaycana 84,72 min dollarlıq 16,18 ton sözügedən məhsuldan gətirilib ki, bu da illik müqayisədə müvafiq olaraq 9,5% və 9% azalma deməkdir.

Mirsəid İbrahimzadə

Digər xəbərlər