Azərbaycana ABŞ-dan bu il 43 mln. dollarlıq 4 879 avtomobil idxal edilib

Azərbaycana ABŞ-dan bu il 43 mln. dollarlıq 4 879 avtomobil idxal edilib
# 10 sentyabr 2020 18:00 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycan ABŞ-dan ümumi dəyəri 42,92 mln. dollar təşkil edən 4 879 ədəd minik avtomobili idxal edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin təqdim etdiyi göstəriciləri əsasında apardığı hesablamalarına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsində 1 965 vahid və ya 67,4%, dəyər ifadəsində isə 47,7% çoxdur.

ABŞ-dan Azərbaycana ən çox daxili yanma mühərrikli (həcmi 1 500-3 000 kubsantimetr) avtomobillər idxal olunub. Hesabat dövründə dəyəri 21 mln. dollar təşkil edən 1 557 vahid daxili yanma mühərrikli avtomobil gətirilib. Bu da illik müqayisədə miqdar ifadəsində 83 vahid və ya 5,1% az, dəyər ifadəsində isə 14,2% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR