Azərbaycana Fransadan yanvar-sentyabrda 3,6 mln. dollarlıq ətir idxal olunub

Azərbaycana Fransadan yanvar-sentyabrda 3,6 mln. dollarlıq ətir idxal olunub
# 19 noyabr 2020 12:30 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 11,57 mln. ABŞ dolları dəyərində 1 047,06 ton ətir və tualet suyu idxal edilib ki, bu da illik müqayisədə dəyər ifadəsində 10% az, həcm ifadəsində isə 10,1% çoxdur.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, ölkəyə dəyər ifadəsində ən çox ətir Fransadan idxal olunub. Bu ölkədən hesabat dövründə Azərbaycana 3,64 mln. dəyərində 43,55 ton ətir və tualet suyu ixrac edilib ki, illik müqayisədə sözügedən göstəricilər müvafiq olaraq 27,8% və 30,4% azalıb. Dəyər ifadəsində ikinci yerdə Polşa qərarlaşıb. Azərbaycana bu ölkədən 1,53 mln. dollarlıq 123,48 ton ətir tədarük edilib.

Miqdar ifadəsində ölkənin ətir idxalında Çin və Türkiyə liderlik edir. Hesabat dövründə Azərbaycan Çindən 0,801 mln. dəyərində 365,66 ton, Türkiyədən isə 0,965 mln. dollar dəyərində 148,07 ton ətir idxal edib.

Bundan əlavə, BƏƏ, İsveç, İspaniya və İtaliya kimi ölkələrin də Azərbaycana ətir ixracında əhəmiyyətli payı olub. Belə ki, hesabat dövründə, BƏƏ-dən Azərbaycana 0,467 mln. dollar dəyərində 38,16 ton, İsveçdən 0,244 mln. dollar dəyərində 22,06 ton, İspaniyadan 0,623 mln. dollar dəyərində 18,71 ton, İtaliyadan isə 0,996 mln. dollar dəyərində 14,73 ton ətir və tualet suyu gətirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR