Azərbaycana bu il 331 mln. dollardan çox əczaçılıq məhsulları idxal edilib

Azərbaycana bu il 331 mln. dollardan çox əczaçılıq məhsulları idxal edilib
# 28 dekabr 2020 17:48 (UTC +04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 331,175 mln. ABŞ dolları dəyərində 20 633,47 ton əczaçılıq məhsulları idxal edilib.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, cari ilin on bir ayında Azərbaycanın idxal etdiyi əczaçılıq məhsullarının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 26%, həcmi isə 42,1% artıb.

Təkcə noyabr ayı ərzində ölkəyə 26,543 mln. dollar dəyərində 1 883,9 ton sözügedən məhsullardan idxal edilib ki, bu da oktyabr ayı ilə müqayisədə dəyər ifadəsində 20,8% azdır, həcm ifadəsində isə 3,9% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR