Azərbaycana bu ilin I rübündə 4,8 mln. dollarlıq ətir idxal olunub

Azərbaycana bu ilin I rübündə 4,8 mln. dollarlıq ətir idxal olunub
# 20 may 2020 14:16 (UTC +04:00)

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana 4 792,4 min ABŞ dolları dəyərində 435,29 ton ətir və tualet suyu idxal olunub.

"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, dəyər ifadəsində 5,6% azalıb, miqdar baxımından isə 42,3% artıb.

İdxal əməliyyatlarının 1 560,16 min dolları (21,72 ton) Fransadan, 489,14 min dolları (7,74 ton) İtaliyadan, 457,69 min dolları (60,16 ton) Türkiyədən, 456,33 min dolları(215,8 ton) Çindən, 272,23 min dolları (2,07 ton) Böyük Britaniya və Şimali İrlandiyadan, 259,85 min dolları (23,76 ton) Polşadan, 247,49 min dolları (15,3 ton) Birləşmiş Ərəb Əmirliklərindən, 239,04 min dolları (7,76 ton) İspaniyadan həyata keçirilib.

Hesabat dövründə ölkədən 300,81 min dollar dəyərində 2,71 ton ətir və tualet suyu ixrac olunub ki, bu da müvafiq olaraq 14,4 dəfə və 38,7 dəfə artıb.

Qeyd edək ki, ötən ilin I rübü ərzində ölkəyə 5 074,61 min dollar dəyərində 306,01 ton eyniadlı məhsul idxal olunub. İxrac isə 20,86 min dollar dəyərində olmaqla 0,07 ton təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR